Dünyanın diqqəti Çində ortaya çıxan koronavirusa çevrilsə də, bu ölkənin Sincan Uyğur Muxtar Respublikasında (Şərqi Türküstan) insanların ac qaldığı ortaya çıxıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Şərqi Türküstanda çarəsiz bir uyğur türkü sosial medoiada video paylaşaraq, ac qaldığı üçün üsyan edib.
Çarəsiz insan “Ac qaldım, bütün ailə üzvlərim ac qalıb,ac qalmışıq” deyərək fəryad edib.