Səudiyyə Ərəbistanında terror hadisələrində iştirak etdiklərinə görə 94 müttəhimin cinayət işinin üçüncü məhkəmə iclası keçirilib. Yekunda 2 nəfər edam cəzasına məhkum edilib.
Teleqraf.com sabah.com-a istinadən xəbər verir ki, paytaxt Ər-Riyaddakı xüsusi səlahiyyətli cəza məhkəməsi 21 nəfərə isə 6 ildən 23 ilə kimi həbs cəzası verib.
Bu günə qədər bu işdə edama məhkum edilən 9 nəfərdən 7-nin Səudiyyə Ərəbistanı vətəndaşı olduğu bildirilib.
Xaricdəki münaqişələrdə iştirak edən Səudiyyə Ərəbistanı vətəndaşlarının ölkəyə qayıdanda yaradacağı təhdidə qarşı tədbir görməyə çalışan Ər-Riyad rəhbərliyi fevral ayında bu məqsədlə ölkədən çıxan və terror siyahısındakı təşkilatlara dəstək verən şəxslərə 20 ilə qədər ağır həbs cəzaları verilməsi ilə bağlı qanun verib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2011-ci ildə terrorla mübarizədə xüsusi səlahiyyətli cəza məhkəmələri qurub.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.