Sovet İttifaqı marşalı Dmitri Yazov Moskvada ölüb.
Teleqraf.com xəbər verir ki, 2019-cu ilin noyabr ayında D.Yazovun 95 yaşı tamam olmuşdu.
Dmitri Yazov 1924-cü ildə Omsk vilayətində dünyaya gəlib. Böyük Vətən Müharibəsi illərində Leninqrad cəbhəsində atıcı bölüyün komandiri olub, 1987-ci ildən isə SSRİ Müdafiə naziri vəzifəsini tutub.
1990-cı ildə Dmitri Yazov Sovet İttifaqının Marşalı adına layiq görülüb.
20 yanvar 1990-cı ildə Bakıya qoşun yeridilməsinin baş icraçısı məhz o hesab olunur.