Meksikada ötən ilin yanvar ayından bəri 3960 qadın həyatını itirib.
Teleqraf.com xəbər verir ki, Ekatepek de Morelos şəhərində ötən gün 2 qadının naməlum şəxslər tərəfindən öldürülməsindən sonra bu ilin əvvəlindən bəri öldürülən qadın sayı 135-ə çatıb.
Ölkədə qadınlara qarşı zorakılığın artmasına etiraz olaraq fevralın 14-dən paytaxt Mexikoda nümayişlər başlayıb.
Qeyd edək ki, Meksika Latın Amerikasında qadın cinayətlərinin ən çox baş verdiyi lider ölkədir.