Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında ikitərəfli görüşün martın 5-də keçirilməsi planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Azərbaycana gələrkən, Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, Rusiyadan olan nümayəndə heyəti sabah Türkiyəyə gələcək:
“Ötən həftə sonu keçirilən görüşlərdə Emmanuel Makronla Angela Merkel və Putin arasında tam bir ittifaq əldə edildiyini deyə bilmərik. Putinlə görüşmək üçün müəyyənləşdirdiyimiz tarix martın 5-dir. Görüş ya İstanbulda, ya da Ankarada keçiriləcək”.