İranda koronavirus nəticəsində həyatını itirənlərin sayı 15-ə yüksəlib.
Teleqraf.com xəbər verir ki, virusa yoluxanların sayı isə 95 nəfərə çatıb.
İran virusun sürətlə yayıldığı son ölkədir. Oman, İraq, Əfqanıstan, Bəhreyn və Küveyt kimi ölkələrdə İrandan virusa yoluxma halları aşkarlanıb.
İran Səhiyyə Nazirliyi əhaliyə evdən çıxmamaq tapşırığı verib.
İraq Səhiyyə Nazirliyi Kərkükdə 4 nəfərdə koronavirusun aşkarlandığını və bu insanların hamısının İrandan gəldiyini açıqlayıb.
Beləliklə, İraqda koronavirusa yoluxanların sayı 6-ya çatıb
Xatırladaq ki, virus Çinin Uhan şəhərində yayılmağa başlayıb. Virus səbəbindən ölənlərin sayı 2665-ə çatıb.