25 Fevral 16:04
891

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun Kanal D-nin uzun illərdir reytinq rekordu qıran “Arka sokaklar”da yer alan xidmətdə olan polis nəfəri ilə bağlı səhnəni sosial mediada paylaşması maraqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, nazir paylaşımına “Eyvallah, Rza baba” qeydini yazıb.

Ustad sənətkar Zəfər Erginin canlandırdığı Rza baba obrazının vəzifə başında olan gözətçi ilə rəftarı və ona verdiyi öyüdlər sosial media istifadəçiləri tərəfindən də rəğbətlə qarşılanıb.

Qeyd edək ki, bir müddət öncə məhəllə və bazarlarda olan gözətçilərin maaşının müəllimlərdən çox olması barədə etirazlar diqqət çəkmişdi.

Polis İdarəsinin yaydığı açıqlamada bildirilir ki, hüquq-mühafizə orqanlarında digər işçilərlə müqayisədə ən az maaş alan qrup bazar və məhəllə mühafizəçiləridir. Göstərdikləri xidmət və daşıdıqları məsuliyyətin daha ağır olduğu xüsusi vurğulanmışdı.


Müəllif: Nərgiz