25 Fevral 2020 16:33
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ lideri Donald Tramp Hindistanın ABŞ-dan 3 milyard dollar dəyərində silah alacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, D.Tramp bunu Hindistanın Baş naziri Narendra Modi ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Hindistanın “Apache” və “MH-60R” vertolyotları da daxil olmaqla 3 milyard dollardan çox dəyərdə ABŞ silahları almasına razılaşdıq”, – deyə D.Tramp deyib.

Qeyd edək ki, Amerika lideri Hindistanda rəsmi səfərdədir.


Müəllif: Səxavət