25 Fevral 2020 22:22
2 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Hindistan səfərindən qayıtdıqdan sonra koronavirusla bağlı fikirlərini bölüşüb.

Teleqraf.com xəbər verir ki, Ağ Ev rəhbəri məsələni yaxından izlədiyini bildirib. Virusun ölkəsində yayılmamasına sevindiyini deyən Tramp sözlərinə belə davam edib:

“İndiyədək bəxtimiz gətirib və bunun belə də qalacağını düşünürəm. Hesab edirəm, bu problem aradan qaldırılacaq. Yaxın zamanda koronavirusun peyvəndi satışa çıxarılacaq”.


Müəllif: Teleqraf.com