İranda yeni tip koronavirusa (Covid 19) yoluxanların sayı 139-a çatıb.
Publika.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur açıqlayıb.
Onun sözlərinə görə, ötən sutka ərzində 44 yoluxma halı qeydə alınıb. Ölənlərin sayı isə 19-a çatıb.