26 Fevral 2020 14:38
1 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiyamçı general Xəlifə Haftarın liderliyindəki Liviya Mili Ordusu paytaxt Tripoliyə raket zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviya Milli Sülh Hökumətinə bağlı Silahlı Qüvvələrin sözçüsü Mustafa əl-Məcəyi açıqlama verib.

O, Haftar ordusunun paytaxtın Hadba bölgəsini raketlərlə vurduğunu deyib.

Artilleriya qurğularından cavab verildiyini bildirən Məcəyi hücumun gecə yarsınadək davam etdiyini qeyd edib.

Haftar ordusu Tripolinin Səba bölgəsinə 5, Səlahəddin və Ayn Zara bölgələrinə 7 “Qrad” raketi atıb. Mitiqa beynəlxalq hava limanı da qiyamçı qüvvələrin hədəfinə tuş gəlib. Hava limanı da zenit-raket sistemlərindən atəşə tutulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər