26 Fevral 2020 15:28
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin TASS-a verdiyi müsahibədə müxalifət nümayəndələrinə potensial seçicilərə müsbət proqramlar təklif etməyi və mövcud hökuməti sadəcə söyməməyi tövsiyə edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı bunu “Vladimir Putinə 20 sual” layihəsi çərçivəsində bildirib.

“Hakimiyyəti söyməklə seçiciləri lazım olan şəxslərin məhz onlar (müxalifətçilər) olduğuna inandırmaq kifayət etmir. Mütləq pozitiv proqramlar təqdim etmək lazımdır”, – deyə Rusiya dövlət başçısı qeyd edib.

V. Putin deyib ki, təkcə tənqid ölkənin effektiv inkişafı üçün kifayət deyil.

Onun sözlərinə görə, fikirlərini elektorata çatdırmaq üçün “mütləq icazəsiz aksiyalar təşkil etmək lazım deyil”, bunu internetdən və mediadan istifadə etməklə də etmək olar.

“İcazə alın, gedin və öz fikirlərinizi bildirin”, – deyə Rusiya lideri əlavə edib.


Müəllif: Səxavət