26 Fevral 2020 16:46
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkəmizin rəhbərliyi Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdə saxlandığını, keçmiş prezident Serj Sərkisyanın da məhkəməyə çağırılmasını Xocalı kontekstində istifadə etməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu yeni seçilmiş deputat Erkin Qədirli deyib.

“Beynəlxalq vasitəçilərə və Ermənistan rəhbərliyinin özünə bildirilməlidir ki, Ermənistan sülh danışıqlarında gerçək niyyətini göstərmək istəyirsə, Köçəryan və Sərkisyana qarşı Xocalıyla bağlı gərəkli ittiham irəli sürsün. Beynəlxalq münaqişələrdə insanlığa qarşı və ya müharibə cinayətlərinin təqibi barış quruculuğuna doğru önəmli addım sayılır.

Ermənilər, aydındır ki, razılaşmayacaqlar. Bununla belə, danışaqlarda gərək danışasan, sözünü deyəsən. Qoy cavab vermək öhdəliyi qarşı tərəfdə qalsın. “Yox” da cavabdır, ondan daha bir neçə gediş doğa bilir”, - Erkin Qədirli qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər