Sovet İttifaqında sirr saxlamağı bacarırdılar və bunu sevirdilər. Belə ki, əslində, vətəndaşları “nə qədər az bilsən, o qədər yaxşı yatarsan” şüarı ilə yaşayan bir ölkəni idarə etmək daha asan idi. Sovetlər ölkəsinin dağılması da aşkar yalanların yarım əsrlik zirehini qıra bilməyib. Məsələn, Karib böhranının səhnə arxasında nə gizlənirdi? Sovet İttifaqı portativ nüvə bombalarını hardan əldə etmişdi? Və ən maraqlısı – əvvəl-axır, toxunulmaz “partiya qızılı” ehtiyatında cəmləşmiş milyardlar hara xərcləndi?
Ay proqramı
Keçən əsrin 60-cı illərinə qədər kosmik yarışda SSRİ lider idi. Kosmosa ilk peyk, ilk heyvan, ilk insan – bəs necə oldu ki, Aya ilk dəfə amerikalılar ayaq basdılar? 1981-ci ilə qədər – Kosmos-434 peyki Avstraliya üzərindən atmosferə girənə qədər Sovet İttifaqı, ümumiyyətlə, idarə olunan Ay proqramının mövcudluğunu inkar edirdi. Həmin vaxt etiraf etməli oldu ki, bu, Aya göndərilən eksperimental kosmik gəmi idi, amma proqramın başqa heç bir detalı hələ də məlum deyil.
Portativ nüvə bombası
Sovet İttifaqının portativ (yığcam, əldə gəzdirilə bilən) nüvə silahları hazırladığı barədə şayiələr həqiqətə çevrildi. Unudulmaz yaddaşı olan general Lebed Qərb mətbuatına açıqlamasında özü bu nüvə cihazlarını gördüyünü bildirdi. Ağırlığı 25 kiloqram və bir kiloton gücü olan “nüvə çantası” adlandırılan RYA-6 Baş Kəşfiyyat İdarəsinin silahlanmasına daxil idi.
Bioloji silah
Sovetlər ölkəsində bioloji silahların peyda olmasına dair şaiyələr İkinci dünya müharibəsi illərində meydana çıxdı. Qərb mütəxəssisləri indi də 1942-ci ildə sovet alimlərinin alman hərbçilərini xəstə siçovullardan köçürülən tülyaremiya (gəmiricilər və həşəratlar vasitəsilə insana keçən xəstəlik) xəstəliyinə yoluxdurduqlarını güman edirlər.
Karib böhranı
1962-ci ildə Nikita Xruşşov, Raul Kastro və Enresto Çe Gevera arasında gizli danışıqların bir neçə raundu baş tutur. Nəticələr hamıya məlumdur: Kuba öz ərazisində nüvə silahları yerləşdirməyə razılıq verdi – bəs, SSRİ rəhbəri belə bir risk qarşılığında nə vəd edə bilərdi?
“Fleyta” əməliyyatı
Hamıya məlumdur ki, amerikalılar öz əsgərləri üzərində psixotrop dərmanların istifadəsi ilə bağlı təcrübələr aparırdılar. Bu istiqamətdə təcrübələrin rəhbəri, alim Ken Alibek fərarilik edir və psixotrop pereparatlar üzərində işi artıq KQB-nin rəhbərliyi altında aparır. “Fleyta” (nəfəsli musiqi aləti) əməliyyatı bir neçə mərhələdə həyata keçirilir: qətllər, oğurlama, əməkdaşlığa cəlb etmə (“verbovka”) və yeni psixotrop dərmanlardan istifadə etməklə.
Son zərbə bunkeri
Gizli yeraltı bunker “Qrot” artıq bir neçə dəfə mətbuatda “parlayıb”. Hər dəfə SSRİ dövrünün bu dinozavrının mövcudluğu fərqli şəkildə izah olunur – ya burada uran hazırlayırlar, ya da hökumət üçün sığınacaq inşa ediblər. Amerikalılar uzun müddət burada raket-strateji qüvvələrinin “cavab zərbəsi” gizli qərargahının yerləşdiyinə inanırdılar (və bəlkə də onlar haqlı idilər).
Partiya qızılları
Yəqin ki, postsovet dövrünün ən ləzzətli sirri bədnam “partiya qızılları”nın hara getməsi məsələsidir. Həqiqətən də SSRİ-nin dağılmasından sonra Kommunist Partiyasında inanılmaz dərəcədə böyük miqdarda qızıl pul qalıb. Sonra isə onları sadəcə, havada əritdilər.