26 Fevral 2020 21:39
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə İrana olan bütün uçuşları müvəqqəti olaraq dayandırıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin Mülki Hava Yolları qurumundan bildirilib.

Qeyd olunur ki, İrana olan bütün beynəlxalq uçuşlar birtərəfli və müvəqqəti olaraq dayandırılıb. Yəni İrandan Türkiyəyə olan gediş-gəlişlər dayandırılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin qərarı ilə Türkiyə-İran sərhədi koronavirus təhlükəsi səbəbindən bağlanılıb.

Türkiyədən başqa, İraq, Pakistan, Türkmənistan da İranla sərhədini bağlamışdı.


Müəllif: Teleqraf.com