Suriyada Türkiyə hərbçilərinə hava hücumu olub.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, zərbələr nəticəsində 2 türk əsgəri həlak olub, daha 2 əsgər yaralanıb.
Bildirilir ki, Suriyanın hökumət qüvvələrinə dərhal cavab atəşi açılıb. Nəticədə Suriyanın hökumət qüvvələrinin texnikası və canlı qüvvəsi məhv edilib.
Cavab atəşi zamanı həmçinin qarşı tərəfin texnikası ələ keçirilib.