Çində yeni növ koronavirus səbəbilə həyatını itirənlərin sayı 2746 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyasının yazılı açıqlamasına görə, son 24 saat ərzində 29 nəfər ölüb, 433 nəfər isə virusa yoluxub.
Bu ölümlərdən 26-sı Hubey vilayətində baş verib.
Müalicə alaraq sağalanların sayı 32495-ə yüksəlib.
Eyni zamanda virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 2358, nəzarət altında olanların sayı isə 71572 nəfərdir.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun qısa müddət ərzində digər şəhər və ölkələrə yayılması ilə bağlı “Təcili yardım” vəziyyəti elan etmişdi.