27 Fevral 2020 14:55
2 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Praqada Boris Nemtsov meydanının açılması şəhər rəhbərliyinin suveren hüququdur, amma Kreml bu şəhəri faşistlərdən azad edən Qırmızı Ordunun əsgərlərinin unudulmamasına üstünlük verir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bəlkə də, bu, şəhər rəhbərliyinin suveren hüququdur. Əlbəttə, istərdik ki, bu şəhərin rəhbərliyi eyni zamanda azadlıq uğrunda canlarını vermiş Qırmızı Ordunun əsgərlərini unutmasın. Şəhəri nasistlərdən, faşistlərdən onlar azad edib”, - Peskov bildirib.

Praqa şəhər bələdiyyəsi Rusiyanın Çexiyadakı səfirliyinin yerləşdiyi Pod kaştani meydanına Boris Nemtsovun adının verilməsinə qərar verib.

Qeyd edək ki, Rusiyanın müxalifət lideri Boris Nemtsov 2015-ci il fevralın 28-nə keçən gecə Moskvanın mərkəzində öldürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu