27 Fevral 2020 17:37
6 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd ordusu Suriyanın İdlib bölgəsində yaşayış yerlərini bombardman edib.

Teleqraf.com xəbər verir ki, hücum nəticəsində 2 mülki şəxs həyatını itirib.

Məlumata görə, Əsəd ordusu Rusiya hərbi qırıcılarının müşayiəti ilə İdlibin Binniş kəndinə raket zərbələri endirib.

Hücumda top və artilleriya qurğularından da istifadə edildiyi bildirilib.

Əməliyyatlarda 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər