27 Fevral 2020 19:29
3 757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin son 20 ilin ən böyük çəyirtkə istilası ilə mübariz ə aparan Pakistana yardım üçün “ördək ordusu” göndərməyə hazırlaşdığı bildirilib.

Teleqraf.com xəbər verir ki, Çin hökuməti bu məqsədlə Pakistana 100 min ördəkdən ibarət “ordu” göndərmək haqda qərar verib.

“Ningbo Evening News”-un yaydığı məlumata görə, ördəklər Çinin Zejianq əyalətindən göndəriləcək.

Çin təxminən 20 il əvvəl Xinjianq bölgəsində baş verən buna bənzər çəyirtkə istilasının qarşısını eyni yolla almışdı. Ördəklər həşaratlar və otlarla bəslənir, amma əkinlərə dəymirlər. Başqa sözlə, ördəklərin bu məsələdə istifadə olunması həm ucuz başa gəlir, həm də ekologiyaya zərər vermir.


Müəllif: Mənsur Rəğbətoğlu