İranda yeni koronavirusla mübarizә mәqsәdilә 23 vilayәtdә universitetlәrdә dәrslәr 7 martadәk dayandırılıb.
Teleqraf.com-un məlumatına görə, İran prezidenti Hәsәn Ruhani Koronavirusla Mübarizә Komitәsinin bununla әlaqәdar qәrarını tәsdiqlәyib.
Qәrara әsasәn, universitet işçilәri vә müәllimlәrin işi davam edәcәk.
Qәrarda hәmçinin virus yayılan vilayәtlәrdә orta mәktәblәr 3 gün müddәtinә fәaliyyәtini dayandıracaq.
Qәrarda ziyarәt mәkanlarına gediş-gәlişin mәhdudlaşdırılması vә lazımi tәdbirlәrlә hәyata keçirilmәsi vurğulanıb.
Qәrarda qeyd olunur ki, yoluxma halı qeydә alınan vilayәtlәrin giriş-çıxışlarında yoxlama mәntәqәlәri yaradılıb.
Qәrara әsasәn, 6 martadәk bütün mәdәni tәdbirlәr, kinoteatrlar vә konsertlәr lәğv olunur vә idman yarışları azarkeş olmadan keçirilәcәk.
İranda koronavirusa görә, 23 vilayәtdә cümә namazı mәrasimi keçirilmәyәcәk.
Qeyd edәk ki, İranın Sәhiyyә, Müalicә vә Tibbi Tәhsil Nazirliyi indiyәdәk yeni koronavirus nәticәsindә 26 nәfәrin öldüyünü vә 245 nәfәrin bu virusa yoluxduğunu tәsdiqlәyib. Virus İranın 31 vilayәtinin 23-ә yayılıb.