27 Fevral 2020 23:13
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Qebreysus koronavirusla bağlı dünya ölkələrinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, baş katib hər bir ölkənin koronavirusa qarşı qabaqlayıcı tədbirlər görməli olduğunu bəyan edib: "Heç bir ölkə onun ərazisində virusun aşkarlanmayacağı qənaətinə qapılmamalıdır.

Bu, böyük səhv olar. Biz nə ümidsizik, nə də çarəsiz. İlk dəfə koronavirusa yoluxma halı qeydə alındıqda nə edəcəyik? İzolyasiya mərkəzləri, kifayət qədər mütəxəssislər var? Hazırda ölkələr bu sualları özlərinə vermək məcburiyyətindədirlər. ÜST koronavirusa qarşı mübarizə aparmaq istəyən bütün ölkələrin yanındadır. Qorxu və həyəcan bizə kömək etməyəcək. İran və İtaliyada baş verənlər bu virusun nələrə qadir olduğunu bizə göstərdi”, - deyə baş katib vurğulayıb.


Müəllif: Teleqraf.com