Çində yeni növ koronavirus epidemiyasından ölənlərin sayı 2790-a çatıb. Virusa yoluxanların sayı 78824 nəfərə yüksəlib. Onlardan 7952 –nin vəziyyəti ağıdır.
Teleqraf.com xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyasının yazılı açıqlamasına görə, son 24 saat ərzində 44 nəfər ölüb, 327 nəfərdə virus müəyyən edilib.
Son gün ərzində baş verən ölüm hallarının 41-i virusun mərkəzi bazası olan Hubey vilayətində baş verib.
Virusa yoluxmaqda şübhəli olanların sayı 2308, müşahidə altında olanların sayı isə 65225-ə enib. Müalicə alaraq sağaların sayı 36117-ə çatıb.