Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya lideri Vladimir Putin ən qısa müddətdə görüşəcək.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun deyib.
“Prezident Ərdoğanın Putinlə telefon söhbəti zamanı iki liderin ən qısa vaxt ərzində təkbətək görüşəcəyi ilə bağlı qərar verilib”, - Altun bildirib.
Qeyd edək ki, liderlərin telefon danışığı az öncə baş tutmuşdu.