“Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş martın 5-i ya da 6-sı baş tuta bilər”.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitriy Peskov açıqlama verib. O bildirib ki, dövlət başçılarının mümkün görüşü barədə hazırlıqlar artıq başlayıb.
Qeyd edək ki, Suriya ordusunun İdlibdə türkiyəli hərbçilərin həlak olması ilə nəticələnən hücumlarından sonra bölgədə vəziyyət gərginləşib.