ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xoşagəlməz olayla qarşılaşıb.
Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində "The Turan Foundation" tərəfindən verilən ziyafətdə iştirak etmək üçün Mandarin Oriental Otelinə gələn Ərdoğana qarşı binanın qarşısında Nyu-Yorkda yaşayan türk vətəndaşları etiraz etməyə çalışıb.
Nümayişçilər Prezident Ərdoğan əleyhinə "Oğru Rəcəb Tayyib Ərdoğan", "Dini saxladınız, pulları apardınız", "Bu, hələ başlanğıc, mübarizəyə davam" şəklində şüarlarını səsləndiriblər.
Nümayişçilərin bir qisminin "Oğru Var" yazılı qolsuz köynək geyməsi isə diqqət çəkib.
Ərdoğanın mühafizəçilərinin etirazçı kütləni dağıtmağa çalışması Nyu-York polisini işə qarışmağa məcbur edib. Polis aralarında prezidentin qardaşı oğlu Əli Ərdoğanın da olduğu mühafizəçilərin bəzilərini şöbəyə dəvət edib.
Nyu-York Polis Departamentindəki türk polislərin araya girməsi ilə gərginlik sona çatıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.