Birləşmiş Ərəb Əmirliklərində koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə məktəb və bağçalar bağlanacaq.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin təhsil naziri Hüseyn əl-Hamadin bildirib.
Qərar martın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, BƏƏ-də koronavirusa 13 yoluxma halı qeydə alınıb.