Fransada koronavirusdan xəstələnənlərin sayı 130 nəfərə çatıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə BFMTV telekanalı Səhiyyə üzrə Ümumi Müdirliyinin rəhbəri Jerom Salomona istinadən bildirib.
Fevralın 29-da Fransada 100 koronavirusla xəstələnmə hadisəsi barədə məlumat verilmişdi.
Ən son məlumatlara görə, yoluxmuş 130 nəfərdən ikisi ölüb, 12 nəfər sağalıb, 116 nəfər xəstəxanada yatır, o cümlədən 9 nəfərin vəziyyəti ağırdır.