Bağdadın “Yaşıl zona” adlandırılan ərazisi raket atəşinə məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu diplomatik missiyaların olduğu ərazidə iki raket partlayıb.
İlkin məlumata görə, raketlər Bağdadın şərq hissəsindən atılıb.
Hələlik xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.