Rusiyanın hipersionik silahları dünyada strateji balans və stabilliyi saxlamağa imkan verir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin TASS-a müsahibəsində deyib.
“Amerikalılar özlərinin raketdən müdafiə sistemlərini bu strateji balansı və stabilliyi pozmaq üçün yaradıblar. Vaşinqtonda güman edirdilər ki, əgər onlar antiraket çətiri yarada bilsələr, digər tərəf onlara nüvə silahının tətbiqi ilə cavab verməyəcək. Müasir hipersionik kompleksləri yaratmaqla biz strateji balansı və stabilliyi qoruya bildik”, – deyə o bildirib.