2 Mart 2020 13:54
5 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə və Rusiya Federasiyası rəhbərlərinin İdlib məsələsini həll etmək üçün hər cür imkanları var”.

Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Enes Bayraklı deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiyanın Suriyadakı maraqlarını tanıyır və ona meydan oxumağa çalışmır:

“Eyni zamanda, Ankara Suriya böhranının yalnız diplomatik yolla həll edilə biləcəyini də qəbul edir. Suriyanın hökumət qoşunları Soçi memorandumunda göstərilən sərhədlərə qayıdırsa, bu, vəziyyətin yaxşılaşmasına səbəb ola bilər”.

Bayraklı hesab edir ki, Rusiya baçısı Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Moskvada keçiriləcək görüş asan olmayacaq, ancaq liderlər diqqətlərini İdlib məsələsini həll etməyə yönəldiblər.

Əlavə edək ki, Rusiya və Türkiyə liderləri arasında görüş martın 5-də Moskvada keçiriləcək. Görüşdə əsas müzakirə mövzusunun İdlib məsələsi olacağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər