2 Mart 2020 15:45
1 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Uhan şəhərində yeni növ koronavirus COVID-19 xəstələrinin sayının azalması səbəbindən müvəqqəti ixtisaslaşmış xəstəxanalardan biri bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə Çin mətbuatı yazıb.

Məlumata görə, martın 1-dən etibarən Szyaokou rayonundakı xəstəxanada olan pasiyenlərdən 34 nəfəri tam sağaldıqları üçün evə buraxıblar, qalan 74 nəfər isə başqa tibbi müəssisələrə köçürülüb.

Məhz bundan sonra xəstəxana xəstə qəbulunu dayandırıb.

Qeyd olunub ki, son vaxtlar epidemiyanın ocağı olan Hubey vilayəti də daxil olmaqla, bütün Çində vəziyyət yaxşılaşmağa doğrudur.

Ümumilikdə 1 gündə xəstəxanalardan 1958 nəfər evə buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər