Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İrandakı regional ofisinin əməkdaşı da koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə ÜST-ün Cenevredə keçirilən brifinqdə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Onun sözlərinə görə, təşkilatın əməkdaşının xəstəliyi orta-ağır dərəcədədir.
Qebreyesus İran hökumətinə Covid-19-la mübarizə aparmaqda dəstək məqsədilə ölkəyə əlavə tibbi ləvazimatlar göndərildiyini də qeyd edib.