3 Mart 2020 10:15
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlibdə ayın 5-nə kimi kim nə aldı, aldı. Böyük ehtimalla martın 5-dən sonra Putin və Ərdoğan bu təhlükəli qarşıdurmanı dayandıracaqlar. Belə vəziyyətdə bir müsəlman üçün Suriyada ən pis ssenari Türkiyə ilə İranın birbaşa üz-üzə gəlməsi idi ki, ikinci daha təmkinli davranaraq vəziyyəti bir qədər sakitləşdirdi.

Teleqraf.com xəbər verir ki, bu sözləri şərqşünas alim Samid Paşa deyib.

O əlavə edib ki, Türkiyə İdlib istiqamətində həyata keçirdiyi əməliyyat zamanı “Hizbullah”ın 30 əsgərini öldürüb: “Buna baxmayaraq Türkiyənin 6 postu və hərəsində 30 əsgər Hizbullah və Suriya ordusunun mühasirəsində idi. Təbii ki, bağlı olduqları dövlətin göstərişi ilə bu postlara toxuna bilməzdilər”.

Mütəxəssisin fikrincə, Türkiyənin İdliblə bağlı israrına haqq vermək olar: “İdlib alınsa 50 min silahlı ailələri və tərəfdarları ilə birgə (500 min nəfər) hara sığınacaq?! Əlbəttə, Türkiyəyə. Deməli, Türkiyə İdlibin əldən getməsinə imkan verməməkdə düz edir.

Bu o deməkdir ki, Türkiyə 7 -8 il öncəki səhvi, yəni Suriya dövlətini yıxmaq səhvinin altını indi çəkir. Allah türk əsgərlərinə rəhmət eləsin”.


Müəllif: Cavad

Oxşar xəbərlər