1 May 2014 21:23
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 20 respublikaçı senatoru Rusiyaya qarşı daha sərt cəzalar təklif edir. Onların hazırladığı qanun layihəsi Rusiyanın aparıcı banklarını, enerji şirkətlərini və silah istehsalçılarını sanksiyalar siyahısına salır.

Teleqraf.com "Azadlıq" radiosuna istinadən xəbər verir ki, senatorların cəzalandırmaq istədiyi qurumlar bunlardır: Rusiya dövlətinə məxsus olan "Qazprom" və "Rosneft", dövlət silah istehsalçısı "Rosoboroneksport" və banklardan "Sberbank", VTB, VEB və "Qazprombank".

Qanun layihəsi ABŞ hökumətindən tələb edir ki, ABŞ və NATO Baltik ölkələrinə və Polşaya hərbi yardımı əhəmiyyətli dərəcədə artırsın.

Layihədə ABŞ prezidentinə səlahiyyət verilir ki, Ukraynaya 100 milyon dollar məbləğində birbaşa hərbi yardım etsin.

Senatorlar belə bir qanun layihəsi hazırlamalarını ABŞ hökumətinin Rusiya aqressiyasına zəif cavab verməsi ilə izah edirlər.

Bu qanunun qəbul olunma ehtimalına gəldikdə isə Senatdakı demokrat rəhbərliyi qanun layihəsini “məsuliyyətsiz” adlandırıb. Demokratlar hesab edirlər ki, böhran olanda ikitərəfli qaydada hazırlanan müsbət qanun layihələri təcrübəsi var, respublikaçılar isə birtərəfli qaydada qanun layihəsi hazırlayıblar.

Hökumət isə yeni qanun layihəsinə münasibətdə öz yanaşmasını müdafiə edib: "Rusiya vəziyyəti qızışdırdıqca hökumət də sanksiyaları artıracaq".


Müəllif: