3 Mart 2020 11:20
6 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada rejim qüvvələri son 3 ayda tutduqları kəndləri boşaldaraq qaçmağa başlayıb.

Axar.az xəbər verir ki, müxalif qüvvələr Cəbəl əz-Zaviya bölgəsində əməliyyatları tamamlayaraq daha 9 kəndi geri alıb. Eyni vəziyyət Həmanın Əl-Qab bölgəsində də yaşanıb. Hava üstünlüyünü itirən rejim adıçəkilən bölgədə 9 kəndi tərk etməyə məcbur olub.

İdliblə Cəbəl əl-Zaviya, Hələb və Latakyanı birləşdirən M4 magistral yoluna nəzarətin müxaliflərdə olması strateji baxımdan da əhəmiyyətli sayılır.

Qeyd edək ki, Sərakib qəsəbəsi uğrunda gedən döyüşlərdə Türkiyə ordusuna məxsus PUA-lar müxalif qüvvələrə dəstək verib. Aparılan əməliyyatlar çərçivəsində rejimin silah və mərmilərlə dolu iki yük maşını, qəsəbədən 20 km şimalda binanın altında gizlədilmiş silah-sursat anbarı məhv edilib. Həmçinin, müxaliflərin pusquya düşürdüyü 20-yə yaxın rejim əsgəri zərərsizləşdirilib.

Məlumata görə, Sərakib qəsəbəsində rejim tərəfdən döyüşən Hizbullah üzvləri Türkiyə Silahlı Qüvvələrinin hədəfi olub.

İddiaya görə, Hizbullah Livandan və İrandan türk ordusu ilə müharibəni dayandırmaq üçün vasitəçilik etmələrini də istəyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər