3 Mart 2020 12:30
3 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovada Dnestryanı müharibəsinin veteranları hakimiyyətin Rusiyayönlü açıqlamalarından sonra Kiku hökumətinin və Prezident İqor Dodonun istefasını tələb edirlər.

Teleqraf.com xəbər verir ki, paytaxt Kişinyovun mərkəzində bir neçə min adam hökumətin və ölkə prezidentinin istefası tələbi ilə etiraz aksiyasına başlayıb

Hökumət binasına hücum edən etirazçılar binanın qapı və pəncərəsini sındırıblar. Binanın giriş qapısı və əsas avtomobil yolları bağlanılıb.

Etirazın əsasını 1992-ci ildə baş verən Dnestryanı müharibəsinin iştirakçıları təşkil edir. Moldova mediasının məlumatına görə, etirazın səbəblərindən biri Moldovanın Xarici İşlər naziri Aureliya Çokonun Dnestryanı müharibə haqda dediyi “Rusiya 1992-ci ildə qan tökülməsinin qarşısını aldı” fikirləridir.

Etirazçılar qazilər üçün hökumət idarəsinin yaradılmasını tələb edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər