3 Mart 2020 22:14
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili dövlət mühafizəsindən məhrum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Marqvelaşvilinin özü Tvitter səhifəsində yazıb.

“Mən bütün cangüdənlərimə möhtəşəm xidmətlərinə görə təşəkkür etdim və onlarla vidalaşdım”, deyə o bildirib.

Marqvelaşvili qanuna edilən dəyişikliyi Gürcüstanda prezident institutunu ləkələmək cəhdi adlandırıb.

Qeyd edək ki, daha əvvəl Gürcüstanda prezident postunu tutmuş şəxslər vəzifəyə gəldiyi vaxtdan ömrünün sonunadək dövlət mühafizəsi ilə təmin olunurdular. Ancaq “Dövlət təhlükəsizliyinin xüsusi xidməti” haqqında maddəyə dəyişiklikdən sonra sabiq rəhbərlər bu imkandan məhrum ediliblər.

Qeyd edək ki, Georgi Marqvelaşvili 2013-2018-ci illərdə hakimiyyətdə olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər