4 Mart 2020 01:36
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski yeni Baş Nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb.

Teleqraf.com xəbər verir ki, V.Zelenski bu təkliflə “Xalqın xidmətçisi” partiyasının sessiyasında çıxış edib.

İclasda partiya üzvləri Şmıqalın Baş Nazir vəzifəsinə seçilməsinə müsbət cavab verib.

Qeyd edək ki, martın 4-də Ukrayna Ali Radasının növbədənkənar sessiyasında Baş Nazir Aleksey Qonçarukun vəzifədən istefa məsələsinə baxılacaq və yeni hökumət seçiləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər