4 Mart 2020 12:20
3 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin Suriya qüvvələrinə qarşı hücumda “dron sürüləri” istifadə etməsi xəbəri Azərbaycanda da geniş maraq doğurub. Artıq sosial şəbəkələrdə “biz niyə bu texnologiyadan istifadə etməyək?” məsələsi ətrafında müzakirələr gedir”.

Teleqraf.com xəbər verir ki, bunu hərbi ekspert Rəşad Süleymanov deyib.

Ekspert qeyd edib ki, dron istehsalı sahəsində fəaliyyət göstərən yerli bir şirkətimiz tərəfindən bu sahədə işlər aparır:

“GPS olmayan ərazilərdə uçuş edə bilən dronlar yaradılıb. Hazırda bu dronlar üçün üz tanıma alqoritmləri işlənir. Səbr edək, yaxın bir neçə aya müasir texnologiyalara sahib yerli dronlarımız düşmənin kabusuna çevriləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər