26 Sentyabr 2014 15:56
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 69-cu sessiyasındakı çıxışına Misirdən sonra Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) də etiraz gəlib.

Teleqraf.com-un cumhuriyyet.com-a istinadən verdiyi xəbərə görə, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi tərəfindən verilən yazılı açıqlamada bildirilir.

Məlumatda Ərdoğan məsuliyyətsizlikdə və saymamazlıqda günahlandırılır. Açıqlamada Ərdoğanın BMT-də etdiyi çıxışın təəccüblə qarşılandığı və Türkiyənin Misirə hücum etmək üçün BMT platformasını sui-istifadə etdiyi deyilir.

Misir xarici işlər naziri Samit Şükrü də Ərdoğanın xaosu təşviq etdiyini və ekstremist təşkilatları dəstəkləyərək Yaxın Şərqdə vəziyyətin gərginləşməsini müdafiə etdiyini deyib.

Xatırladaq ki, Ərdoğan çıxışında İraq, Suriyada törədilən cinayətlərə və Misirdə demokratiyanın qətlə yetirilməsinə etiraz edənlərin yenə bir sıra haqsız və əsassız ittihamlara məruz qaldığını, terrora dəstək verməkdə ittiham olunduğunu deyib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər