İngiltərə parlamenti “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizədə İraqda başlanan əməliyyatlara qatılmaq məsələsini müzakirə edəcək.
Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, ABŞ-ın liderlik etdiyi hava hücumlarına dəstək qərarı İcmalar Palatasında keçiriləcək səsvermədə dəqiqləşəcək. İclasın 7 saat davam etməsi planlaşdırılır.
Koalisiyaya qatılmaq məsələsinin müxalifət tərəfindən müsbət qarşılanmasını nəzərə alan ekspertlər parlamentin İraqdakı hava hücumlarını dəstəkləyəcəyi gözlənilir.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.