Yeni tip koronavirus (Kovid-19) İranın bütün bölgələrini təsir altına alıb.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.
“İran qısa müddətdə və ən az itkilərlə bu problemin öhdəsindən gələcək”, – prezident bildirib.
Qeyd edək ki, İranda epidemiyadan ölənlərin sayı 77-yə çatıb.