5 Mart 2020 08:05
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Google” şirkəti tərəfindən hər il keçirilən “Google I/O” konfransı ləğv edilib.

Teleqraf.com xəbər verir ki, sözügedən konfrans mayın 12-dən 14-dək Kaliforniyada keçirilməli idi.

"COVID-19 koronavirusu ilə əlaqədar narahatlıq, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri və digər tibb müəssisələrinin tövsiyələrinə uyğun olaraq biz “Google I/O” tədbirinin keçirilməsini ləğv etmək qərarına gəldik", deyə şirkətin açıqlamasında qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər