5 Mart 2020 13:14
9 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin Ərdoğan-Putin görüşündən gözləntisi, bölgədə atəşkəsin elan olunmasıdır. Çünki iki tərəf də bu böhranı Soçi müqaviləsi çərçivəsində həll etmək istəyir. Mövcud reallığa baxanda da Rusiya və Türkiyə üçün ən uyğun variant Soçi müqaviləsidir. Amma indi bu müqavilənin şərtlərinin pozulmasının şahidi oluruq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri türk politoloq Güngör Yavuzarslan deyib.

Bir neçə saat sonra Moskvada Rusiya və Türkiyə prezidentləri arasında baş tutacaq görüş haqda danışan politoloq bildirib ki, atəşkəs rejimi və mövcud müqavilələrin şərtləri yerinə yetirilmir:

“Hesab edirəm ki, bundan sonrakı mərhələdə bölgədəki qarşıdurmaların dayandırılması prosesi başlayacaq. Buna əsas verən faktorlardan biri son günlərdə Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə edilən hücumlar və buna verilən cavablardır.

İkincisi, ən ciddi amil Hələb və Dəməşqi bir-birinə bağlayan M4 və M5 yollarına nəzarət məsələsidir. Ərdoğan Putinlə görüşmək üçün Moskvaya gedərkən M4 silahlı müxaliflərin, M5 isə rejim qüvvələrinin nəzarətindədir. Sərakib məsələsi isə bu böhranın düyünüdür. Sərakib son bir həftə ərzində bir neçə dəfə əl dəyişdirib. Amma qəsəbə ətrafında qarşıdurmalar davam edir. Bu yollar və Sərakibə nəzarət edən tərəf masada diktə edən tərəf olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər