Avropa İttifaqı (Aİ) nümayəndələri gələn həftə sülh prosesinin uğurlarını qiymətləndirmək üçün Ukraynada toplaşacaqlar.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu səfərə baxmayaraq, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq.
Bu barədə Avropa Birliyi (AB) diplomatlarının müzakirələrində deyilir. Müzakirələrdə hər hansı sanksiyanın ləğvi üçün tam yekdilliyin vacibliyi bildirilib.
Yayılan məlumatlarda həmçinin qeyd edilir ki, Rusiyanın Ukraynanın şərqində separatçılara dəstəyinin dayanması ilə bağlı sübut olmadığından AB rəsmi Moskvaya qarşı təzyiqləri davam etdirir. Eyni zamanda bildirilir ki, AB Rusiyaya qarşı sanksiyaları gücləndirmək istəmir.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.