“Türkiyə ilə bəzən fikir ayrılıqları olur. Lakin kritik məqamlarda ortaq məxrəcə gələ bilirik. Bu gün də belə oldu”.
Teleqraf.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşün yekunlarına dair birgə mətbuat konfransında belə deyib. O bildirib ki, görüşün nəticəsi olaraq İdliblə bağlı birgə sənəd qəbul olunub.
Sənədin detalları Xarici İşlər nazirləri tərəfindən açıqlanacaq.
Qeyd edək ki, bu gün Kremldə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Görüşdə Suriyanın İdlib əyalətindəki vəziyyət müzakirə olunub.
Türkiyə Prezidentini görüşdə Xarici işlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Xəzinədarlıq və Maliyyə naziri Berat Albayrak və Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidan, habelə başqaları müşayiət ediblər.