Bu gecə Suriyanın İdlib vilayətində atəşkəs elan ediləcək.
Bu barədə Moskvada rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında keçirilən görüşdə razılıq əldə olunub.
Birgə mətbuat konfransında Ərdoğan qeyd edib ki, qısa müddətdə atəşkəsi təmin edəcək, sonra birgə qəbul edilən qərarlar üzrə addımlar atılacaq.
Atəşkəs bu gecə 00:01-də elan olunacaq.