6 mart gecə yarısında etibarən atəşkəsin təmin edilməsi və müdafiə nazirlikləri arasında 7 gün ərzində dəhlizin yaradılması ilə bağlı razılığa gəlindi.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
"Hərbi deyil, siyasi yolla problemin həll ediləcəyini düşünürük. Humanitar durumun pisləşməsinin qarşısının alınması və qaçqınların Suriyaya qayıtması gərəkdir. Humanitar vəziyyətin pisləşməsinin qarşısının alınması, dinc əhalinin və ehtiyac içində olan suriyalıların qorunması, geri qayıtmalarının asanlaşdırlması ilə bağlı razılığa gəldik", - Lavrov bildirib.