Dövlət Duması bu gün Rusiya, Belarus və Qazaxıstan arasında bağlanılan Avrasiya İqtisadi İttifaqı haqqında sazişi ratifikasiya edib.
Teleqraf.com-un “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Dumasının komitə rəhbəri Leonid Slutski bildirib.
Belarus və Qazaxıstan parlamentləri məsələyə 1 oktyabrdan sonra baxmalıdırlar.
Sazişin ratifakisiyası onun iştirakçılarını vahid iqtisadi məkanda birləşdirəcək. Hər üç ölkə artıq rüsümların ləğvi və üçüncü ölkələrlə ticarət şərtlərinin razılaşdırlmasını nəzərdə tutan Gömrük İttifaqının üzvüdür.
Xatırladaq ki, avqust ayının sonunda Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiyanın Ukraynaya dair hazırki siyasətini davam etdirdiyi təqdirdə ölkəsinin bu sazişdən çıxa biləcəyini deyib: “Astana heç vaxt müstəqilliyinə təhlükə yaradan təşkilatın tərkibində ola bilməz”.
Samir